İtkin düşmüş balıqçının qardaşı aidiyyəti qurumlara müraciət etdi
Lənkəranda itkin düşmüş
balıqçı Mahmud İbayevin qardaşı Rəşad İbayevin İranda olması barədə məlumat
vermişdik.
TodayPress xəbər verir ki,
İbayev aidiyyəti orqanlardan kömək istəyib.
R.İbayev qeyd edir ki,
qardaşının cəsədini İran tərəfdə cəsədxanaların birində olduğunu müəyyən edib
və cəsədi tanıyıb.
Amma İran tərəfdə qonşu
Gürcüstandan da meyit olduğundan cəsəd Rəşada verilməyib.
Bunun üçün ondan DNT analizi götürülüb. DNT-nın cavabından sonra qərar veriləcək.
DNT analizinini cavabı iki
həftə ərzində çıxacağı gözlənilir.
R.İbayev aidiyyəti
orqanlardan xahiş edir ki, qardaşının cəsədinin sərhəd keçid məntəqəsi yolu ilə
ölkəyə gərtirilməsində ona köməklik göstərilsin.
tag: Lənkəran, Balıqçı, Meyit, İran, Müraciət, DNT, Analiz, todaypress.az,