İtkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapıldı

Sosial

07.02.2025 12:52

1811

Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.

TodayPress xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

tag: Ağcabədi,İtkin,Yeniyetmə,Meyit,FHN,todaypress.az,