İtaliya mafiyasının 181 üzvü həbs olundu
İtaliyanın Siciliya adasında keçirilən əməliyyat nəticəsində“Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 181 nəfər həbs edilib.
TodayPress xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni məlumat verib.
Palermoda keçirilən əməliyyat zamanı həbs olunan narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, silah saxlama, şantaj və s. cinayət əməllərində şübhəli bilinir.
Baş nazir əməliyyat nəticəsində “Koza Nostra” mafiya qruplaşmasına çox ağır zərbə vurulduğunu deyib. İtaliyanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsinin davam etdiriləcəyi vurğulanıb.
Nicat Osman
tag: İtaliya,Mafiya,Həbs,Narkotik,Todaypress.az,