İsmayıllıda narkotik vasitələrin satışını təşkil edən şəxs saxlanıldı

Sosial

19.10.2024 09:54

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: Hadisə, İsmayıllı, Narkotik, Satış, Polis, Əməliyyat, todaypress.az,