İşğaldan azad olunmuş ərazilərə icazəsiz keçmək istəyən şəxlər saxlanıldı
Sosial
11.07.2024 12:09
Ağdam və Tərtər Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan keçmək istəyən dörd nəfər saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.
tag: Ağdam, Tərtər, Polis, Ərazilər, Məhkəmə, todaypress.az,