İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanıldı

Sosial

11.03.2025 16:20

1400

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Məlumat Mərkəzindən bildirilib.   

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir. 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları -  1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılmışdır. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

tag: Dövlət Sərhəd Xidməti, Məlumat ,Sərhəd Pozucusu,İran ,todaypress.az,