İranda tapılan balıqçının meyiti Azərbaycana təhvil veriləcək
Lənkəranda itkin düşən
balıqçı, rayonun Siyavar kənd sakini Mahmud İbayevin meyitinin İranda balıqçılar
tərəfindən aşkar olunması və sosial şəbəkələrdə fotosunun paylaşılması
barədə məlumat vermişdik.
TodayPress “APA” ya istinadən xəbər verir ki, mərhumun qardaşı meyiti ölkəyə
gətirmək üçün artıq İran tərəfdədir.
Mahmud İbayevin
qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.
Aidiyyəti
qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini
tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti
Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:
“Meyit suyun 25
metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni
sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da
deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır”.
Qeyd edək ki,
sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.
tag: Balıqçı, Meyit, İran,Lənkran, todaypress.az,