İranda baş verən zəlzələ Ordubadda da hiss edildi
İranda baş verən zəlzələ Ordubad rayonunda
hiss edilib.
TodayPress xəbər verir ki, bu barədə Respublika
Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, saat 21:32-də Ordubad stansiyasından 50 km
cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində
3 bala qədər hiss olunub.
Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 4 kilometr
dərinlikdə yerləşib.
tag: Zəlzələ,Ordubad, İran, Mərənd, todaypress.az,