İpoteka və Kredit Zəmanət Fonduna yeni təyinat oldu

Sosial

28.04.2025 11:12

21

İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) yeni təyinat olub.

TodayPress bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, Murad Vaqif oğlu İsmayılov İKZF-nin İpoteka kreditləri departamentinə yeni direktor təyin edilib.

O, bu vəzifədə Rasim Nizami oğlu Abdullayevi əvəzləyib.

Qeyd edək ki, Murad İsmayılov bundan əvvəl sözügedən departamentin direktor müvini olub.

tag: İpoteka,Zəmanət,Fond,Təyinat,Todaypress.az,