İmişlinin iki kəndində qaz təchizatında məhdudiyyət olacaq
Sabah İmişli rayonunun iki kəndinin qaz
təchizatında məhdudiyyət olacaq.
TodayPress-in
məlumatına görə, rayonun Oruclu və Ağaməmmədli kəndlərində abonentlərin
qaz xəttinə qoşulması və açılması, eyni zamanda qaz xəttlərinə texniki baxış
işləri apararkən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə
əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan
kəndlərdə (ümumi 529 abonent) qaz təchizatının daxildən dayandırılması
planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və
təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
tag: İmişli, Qaz,Kənd, Fasilə, Oruclu, todaypress.az,