İmişlidə xuliqanlıq hərəkətləri törədənlər saxlanıldılar

Sosial

18.01.2025 17:07

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

DİN-in Mətbuat Xidmətindən TodayPress-ə bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: DİN, İmişli, Hadisə, Cinayət işi, Cəmiyyət, todaypress.az,