İmişlidə avtomobil məktəbliləri vurdu: 2 uşaq həlak oldu

Sosial

18.01.2025 14:35

İmişli rayonu ərazisində avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq həlak olub.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır. 

tag: İmişli,Avtomobil,Qəza,Ölüm,Todaypress.az,