İlin ilk rübündə Azərbaycana daimi yaşamaq üçün 773 nəfər gəlib

Sosial

15.05.2025 12:46

30

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 773 nəfər gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, 2025-ci ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 773 nəfər gələn, Azərbaycandan isə 467 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 306 nəfər təşkil edib. 

tag: Azərbaycan,Statistika,Əcnəbi,Yaşayış,Todaypress.az,