İlin ilk Günəş tutulması olacaq
İlin ilk Günəş tutulmasının vaxtı məlum olub.
Bu barədə TodayPress-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Tutulma martın 29-u saat 12:50:35-də başlayıb saat 16:43:25-də sona çatacaq.
Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Prosesin maksimumu saat 14:48:36-da olacaq.
Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
tag: Günəş tutulması,Bakı Dövlət Universiteti,Astrofizika,Azərbaycan ,Todaypress.az,