İlaxır çərşənbədə 30 dərəcəyədək isti olacaq
Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,