İİV-ə yoluxma azaldı

Sosial

18.11.2024 17:05

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

TodayPress xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Məlumata görə, cari ilin oktyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 58 nəfəri (5,7%-i) inyekson narkotik istifadəçiləri olub.

tag: İİV, QİÇS, Yoluxma, Xəstəlik, İnfeksiya, todaypress.az,