İdaretməni itirən sürücü avtomobili işıq dirəyinə çırpdı, ölən var
Bakıda avtomobil işıq dirəyinə çırpılıb.
"TodayPress" xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirərək yol kənarında işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.(report.az)
tag: Bakı, Avtomobil, Mərdəkan, Qəza, todaypress.az,