Hövsanda partlayış baş verdi, xəsarət alan şəxsin vəziyyəti ağırdır - RƏSMİ
Hövsanda partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 22.04.2025-ci il tarixində saat 00:05 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub".
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib. ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Töhfə Səməd
tag: TƏBİB,Partlayış,Xəsarət,Sorğu,Todaypress.az,