Hövsanda monitorinq keçirildi, ölçmə işləri aparıldı – RƏSMİ AÇIQLAMA
Sosial
17.07.2024 19:00
Suraxanı rayonu Hövsan qəsəbəsində vətəndaşlar ətrafa
yayılan üfunət qoxusundan şikayətçidir. Redaksiyamıza daxil olan şikayətlərlə
bağlı bir sıra rəsmi qurumlara müraciət etdik.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən TodayPress-ə verilən açıqlamaya görə, Xəzər Kompleks
Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə
monitorinq keçirilib və ölçmə işləri aparılıb:
“Monitorinq müddətində ərazidə
spesifik iy-qoxu müşahidə olunsa da, hava keyfiyyəti üzrə aparılan ölçmə işlərinin
nəticələrinə əsasən atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarı yol
verilən hədd daxilində olub”.
İdarə rəisi Ceyhun Muradov
bildirib ki, ilkin ehtimala görə, iy-qoxuya səbəb havaların isti keçməsi nəticəsində
ərazidə yerləşən Hövsan aerasiya stansiyasındakı tullantı sularının
buxarlanmasıdır.
Töhfə Səməd
tag: Hövsan, ETSN, Çirkab su,Monitorinq, todaypress.az,