Hirkan Milli Parkında yanğın baş verdi
Sosial
11.07.2024 22:38
Axşam
saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi
yaxınlığında yanğın hadisəsi baş verib.
TodayPress xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən məlumat verilib.
Bioloji
Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ilkin
ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla
ehtiyatsız davranmaları olub:
"Hadisə
yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından
Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda
söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb".
Xidmət
rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi
qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə,
ətraf mühitə ziyan dəyir:
“Bir
şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib
çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət
edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı
unutmayın və yanğına səbəb olmayın”.
tag: Hirkan, todaypress.az, Milli Park,Yanğın, Lənkəran,