Heydər Əliyev prospektində baş verən qəza aradan qaldırıldı
Heydər Əliyev prospektində abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.
TodayPress xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğluməlumat verib.
O bildirib ki, təmir işlərinə dünəndən başlanılıb. "Əməkdaşlarımızın peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu", - deyə C. Musaoğlu əlavə edib.
Qeyd edək ki, dünən Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza nəticəsində Bakının Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranıb.
tag: Su Xətti,Qəza,Bərpa,Peşəkarlıq,Todaypress.az,