Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - FOTO
Sosial
26.10.2024 18:14
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar Ümummilli Lider
Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan mərhum çoban Xanış Şahıyevin ailəsinə
baş çəkib.
TodayPress xəbər verir ki, söhbət
zamanı Ümummilli Lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq,
Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban
Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.
Görüşdə, həmçinin ailənin şəhid
övladlarının Vətən uğrundakı döyüşləri xatırlanıb.
Qeyd edək ki, Xanış Şahıyevin nəvələri
Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olublar. Onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə Birinci
Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıblar.
tag: Leyla Əliyeva ,Heydər Əliyev Fondu,Xanış Şahıyev,Lerik, todaypress.az,
![photo](/uploads/news/671cf9589b02e.jpg)
![photo](/uploads/news/671cf9589b3a6.jpg)