Həsən Kürün son durumu açıqlandı
İntihara cəhd etmiş şair Həsən Kürün hazırkı vəziyyəti açıqlanıb.
Sabunçu xəstəxanasının mətbuat xidmətindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.
"Xəstəyə qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda onun müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir".
Xatırladaq ki, Həsən Kür özünü fevralın 22-də Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Qiymət Mahir
tag: İntihar,Şair,Həsən Kür,Xəstəxana,Son durum,Todaypress.az,