Hərbi cinayətlərin 98,8 faizi açıldı
Sosial
21.01.2025 15:00
2024-cü ildə Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
TodayPress xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında deyib.
O bildirib ki, eydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.
tag: Hərbi Prokurorluq ,Cinayət,Kollegiya,İclas,Todaypress.az,