Hərbçimizin meyiti kanaldan tapıldı

Sosial

23.04.2025 17:21

10

Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb. 

TodayPress xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub. 

O, gizir rütbəsində xidmət edirdi. 

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.   

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

tag: Hərbçi,Ölüm,Vəfat,Kanal,Todaypress.az,