Həmkəndlilərinin məzarını dağıdan şəxs saxlanıldı
Sosial
13.06.2024 20:25
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.
TodayPress xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat paylaşıb. Bildirilib ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir..
tag: Qəbir daşı, DİN, Qusar, Polis Şöbəsi, todaypress.az,