Həccə getmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyatın müddəti...
Həccə getmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyatın müddəti... “Həcc ziyarəti üçün ayrılan kvotanın 90 faizi artıq dolub”.
Bunu TodayPress-in sorğusuna cavabında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O, diqqətə çatdırıb ki, qalan yerlər üçün qeydiyyatın müddəti bir qədər artırılıb.
“Qeydiyyatdan yerlər dolana qədər davam edəcək. Bu, təxminən aprel ayının ortalarına qədər nəzərdə tutulub”.
Qeyd edək ki, bundan əvvəl Həcc ziyarətinə sənəd qəbulunun aprelin əvvəllərində başa çatacağı bildirilmişdi.
Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Töhfə Səməd
tag: Həcc,Ziyarət,Qeydiyyat,Son,Todaypress.az,