Hava yağmursuz keçib - FAKTİKİ HAVA

Sosial

31.01.2025 09:24

Yanvarın 31-i saat 9:00-a olan faktiki hava Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.  

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

tag: Hava,Temperatur,Yağış,Rütubət,Todaypress.az,