Hava şəraiti ilə əlaqədar işıqforların işində problemlər yaranır

Sosial

16.04.2025 10:24

31

Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən İşıqforların işində problemlər yaranır. 

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. 

"Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək" deyə məlumatda qeyd olunub.

tag: DİN,NİİM,İşıqfor,Problem,Hava,Todaypress.az,