Halı pisləşən 3 yaşlı uşaq öldü

Sosial

22.03.2025 23:21

1634

Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb.

TodayPress xəbər verir ki, hadisə Xəzri yaşayış massivində qeydə alınıb.

 

Fərdi mənzildə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı qəfil pisləşib.

O Sumqayıt uşaq xəstəxanasına gətirilərkən yolda həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

 

tag: Sumqayıt, Uşaq, Ölüm,Hadisə, Azyaşlı, todaypress.az,