Hacıqabulda yük avtomobili yandı, qoşqusundakı 14 ton qida məhsulu məhv oldu
Sosial
21.01.2025 23:17
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu
ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF”
markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə
imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə
boşaldılması təmin edilib.
Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21
ton qida məhsulunun 14 tonu yanıb.
Yük avtomobili və qida məhsullarının qalan hissəsi
yanğından mühafizə olunub.
tag: FHN, DAF, Yük Maşını, Avtomobil,Qida, todaypress.az,