Hacıqabulda qəza: Bir ailənin 3 üzvü yaralandı
Sosial
06.10.2024 01:00
Hacıqabulda yol qəzası
zamanı bir ailənin üç üzvü xəsarət alıb.
TodayPress Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində
qeydə alınıb.
Belə ki,
hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə
toqquşub.
Qəza nəticəsində
şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü
Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova
Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif
dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı
araşdırma aparılır.
tag: Xəyalə Azad, Hacıqabul,Xəsarət, Avtoqəza,todaypress.az,