Hacıqabulda fermadan oğurluq edən dəstə saxlanıldı
Sosial
18.06.2024 11:02
Hacıqabulda fermalardan oğurluq edən şəxslər saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəkənlərə 10 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
tag: Hacıqabul, Ferma, Oğurluq, DİN, todaypress.az,