Hacıqabulda evdə partlayış oldu, xəsarət alan var
Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
TodayPress xəbər verir ki, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1980-ci il təvəllüdlü Bədəlov İlqar Arif oğlu evdə iş görərkən partlayış olub.
Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Hacıqabul ,Ev,Partlayış,Xəsarət,İsmət Qayıbov,todaypress.az,