Hacıqabulda azyaşlını maşın vurdu

Sosial

17.03.2025 21:30

993

Hacıqabulda 7 yaşlı uşağı avtomobil vurub.

 

TodayPress xəbər verir ki, hadisə Hacıqabulun Şorbaçı ərazi vahidinin 2-ci Paşalı kəndində qeydə alınıb.


Kənd sakini, 7 yaşlı Həsən Ələkbərovu minik avtomobili vurub. Ağır xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

 

tag: Hacıqabul, Qəza, Azyaşlı, Uşaq, Xəsarət, todaypress.az,