Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

Sosial

12.01.2025 08:32

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

TodayPress xəbər verir ki, ölən şəxs Şirvan şəhərində məskunlaşan məcburi köçkün Ağdam rayon sakini, 1967-ci il təvəllüdlü Babayev Adil Kərəm oğludur.

 

Məlumata görə,  hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində körpünün üzərində qeydə alınıb. "Mercedes" markalı avtomobil yolu keçən ahıl kişini vuraraq öldürüb.


Faktla bağlı araşdırma aparılır.

tag: Hacıqabul, Şirvan, Mercedes, Avtomobil, todaypress.az,