Hacı Zeynalabdin qəsəbəsi−Salyan avtomagistralı tikiləcək
Sosial
30.01.2025 22:04
Hacı Zeynalabdin qəsəbəsi−Salyan avtomagistralı tikiləcək.
TodayPress xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025−2030-ci illər ərzində Hacı Zeynalabdin qəsəbəsi−Salyan avtomagistralının tikintisini təmin etməlidir.
tag: Avtomobil, Yol, Nəqliyyat, Hacı Zeynalabdin, Salyan, todaypress.az,