"Gündəlik Bakı" qəzetinin baş redaktoruna hökm oxundu
"Gündəlik Bakı"
qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin cinayət işi
üzrə məhkəmənin yekun prosesi keçirilib.
TodayPress
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən,
Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki,
Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan
müraciətlər əsasında saxlanılıb.
Habil Vəliyev
bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin
182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli
miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli
sürülüb.
H.Vəliyev daha
əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
tag: Gündəlik Bakı, Qəzet, Hökm, Habil Vəliyev, Həbs, todaypress.az,