Güclü külək Şəkidə fəsadlara yol açdı
Sosial
26.06.2024 19:57
Bir neçə gün ərzində şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti bu dəfə Şəkidə fəsadlara səbəb olub.
TodayPress xəbər verir ki, güclü külək Şəki şəhəri ərazisində ağacları aşırıb, elektrik şəbəkəsinə ziyan vurub. Yağış suları asfalt örtüyünü sıradan çıxarıb. Küləkli və yağıntılı hava şəhərdə yol infrastrukturuna, işıq dirəklərinə, şəxsi təsərrüfatlara ziyan vurub.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, şəhərin Calğalıbulaq, Sabit Rəhman, 20 Yanvar, Aydın Məmmədov və Rasim Ocaqov küçələrində ağaclar aşıb. Nəticədə ətrafdakı infrastruktura elektrik, rabitə xətlərinə ciddi ziyan dəyib. yağış suları M.Rəsulzadə prospektində, 20 Yanvar küçəsində, Rasim Ocaqov küçələrində asfalt örtüyünü yuyub, bəzi hissələrdə isə yol örtüyü çöküb.
tag: Şəki, Güclü külək, Fövqəladə Hallar Komissiyası, Yağış, todaypress.az,