Güclü külək məktəbin dam örtüyünü uçurdu
Bu gün günorta saatlarında baş verən güclü külək nəticəsində
Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam
örtüyü aşıb.
TodayPress "Azərbaycan müəlliminə" istinadən xəbər verir ki,
yaranmış vəziyyəti nəzərə alaraq sabahdan etibarən məktəbin şagirdləri
müvəqqəti olaraq təhsillərini qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı
kənd tam orta məktəbində davam etdirəcəklər.
Qeyd
edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə
kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Məktəb 372 şagird
üçün nəzərdə tutulub. Hazırda burada 750 şagird təhsil alır. Təhsil ocağı 34
sinif komplekti və 24 sinif otağı ilə fəaliyyət göstərir, dərslər iki növbəli
təşkil olunub.
tag: Məktəb, Külək, Dam Örtüyü, Şəmkir, Şiştəpə, todaypress.az,