Göygöldə minik maşını ilə motosiklet toqquşdu, xəsarət alan var

Sosial

03.04.2025 22:10

1730

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress-in əlumatına görə hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedec" ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 2010-cü il təvəllüdlü F. Oruclu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Göygöl, Xəsarət, Yol-Nəqliyyat, Mercedes, Xəstəxana, DYP, todaypress.az,