Göygöldə əqrəb sancan müəllim öldü

Sosial

07.10.2024 11:20

Göygöl sakinini əqrəb sancıb.

TodayPress-in məlumatına görə, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabrın əvvəllində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.

İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnindən dərs deyirmiş.

tag: Göygöl ,Aşıqlı, Müəllim ,Ölüm ,Araşdırma, todaypress.az,