Göyçayda traktor velosipedçini vuraraq öldürdü

Sosial

12.07.2024 20:49

Göyçayda traktor velosipedçini vuraraq öldürüb.

TodayPress xəbər verir ki, hadisə rayonun Ucar Göyçay yolu istiqamətində olub. İlkin məlumata əsasən, velosipedçi hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub. A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.

tag: Göyçay, Qəza, Traktor, Velosipedçi, todaypress.az,