Göyçayda tələbələr qidadan zəhərlənməyib - RƏSMİ

Sosial

22.01.2025 19:05

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı məlum olub.

Bu barədə TodayPress-ə Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə bağlı agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından AQTA-ya daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

Xatırladaq ki, 21 yanvar 2025-ci il saat 13:00 radələrində 4 nəfər tələbə qız zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. İlkin iddialara əsasən onların mağazadan aldıqları tort və evdə hazırladıqları salata görə zəhərləndiyi bildirilirdi. 

tag: Göyçay,AQTA,Tələbə,Zəhərlənmə,todaypress.az,