Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın oldu
Goranboyda
yanğın qeydə alınıb.
TodayPress-in məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 1959-cu il təvəllüdlü C.Cəfərova məxsus "Nukoil" yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın
söndürülüb, yanacaqdoldurma məntəqəsi mühafizə edilib. Yanğın zamanı xəsarət
alan olmayıb.
Baş vermiş hadisə
ilə bağlı araşdırma aparılır.
tag: Yanğın, Goranboy, Yanacaq, Goran, Polis, FHN, todaypress.az,