Goranboyda Türkiyə vətəndaşı öldü

Sosial

07.03.2025 07:11

2547

Goranboyda 50  yaşlı Türkiyə vətəndaşı ürəktutmadan ölüb.

TodayPress-in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

TIR-da sərnişin qismində əyləşən 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı T.M.Kamalpaşa özünü pis hiss edib. O bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır

tag: Goranboy, TIR, Türkiyə, Ölüm, Ürəktutma, todaypress.az,