Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaraladı
Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
TodayPress xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Goranboy, Hadisə, Dəyirmanlar, Tir, todaypress.az,