Goranboyda avtomobillin vurduğu piyada öldü
Sosial
17.07.2024 20:18
Goranboyda piyadanın ölümü ilə
nəticələnən yol qəzası baş verib.
TodayPress xəbər verir ki,
hadisə Goranboy-Tərtər-Ağdam avtomobil yolunun rayonun Veyisli kəndindən keçən
hissəsində qeydə alınıb. Belə ki, Veysli kənd sakini idarə etdiyi "Ford
Fusion" markalı minik maşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən
piyadanı - həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovu vurub.
Ə. Ərəbov Goranboy rayon mərkəzi
xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün Gəncədə yerləşən xəstəxanaların
birinə yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 40 yaşlı
piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Goranboy, Piyada ,Qəza, Gəncə, todaypress.az,