Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
Sosial
05.02.2025 01:44
Goranboyda avtomobil piyadanı vuraraq
öldürüb.
TodayPress xəbər verir ki, hadisə rayonun Xan Qərvənd
kəndində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil 1965-ci il
təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə
yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
tag: Goranboy, Piyada, Ölüm, Hadisə, Qərvənd, todaypress.az,