Goranboyda 56 yaşlı kişi intihar etdi
Sosial
24.01.2025 03:11
Goranboyun Qarasüleymanlı kəndində intihar hadisəsi baş verib.
TodayPress
xəbər
verir ki, kənd sakini 56 yaşlı M.Yusifov yaşadığı evdə özünü asıb.
56 yaşlı
kişinin meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.
İlkin məlumata
görə, M.Yusifov ailə münaqişəsi zəminində yaşadığı fərdi yaşayış evində özünü
asaraq həyatına qəsd edib.
Hadisə yerinə
hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy
rayon prokrorluğunda araşdırma aparılır.
tag: İntihar, Goranboy, Kişi,Kənd, Asmaq, todaypress.az,